Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2022 22:10
Qırğızıstanda müxtəlif bayram tədbirlərinin, eləcə də dəfn mərasimlərinin keçirilməsində qadağalar tətbiq ediləcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli meriya məlumat verib.
Qərara əsasən, gecə yarısından sonra 250-dən çox qonağın iştirak etdiyi toy və şənliklərin keçirilməsi qadağan edilib.
Bildirilib ki, müxtəlif tədbirlər zamanı özünü göstərmək istəyi, başqalarının sosial vəziyyətini anlamamaq, həddən artıq israfçılıq, xalqın adət-ənənələrinə məhəl qoymamaq kimi neqativ təzahürlərə və eybəcərliklərə yol verilir.