Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pamela Andersonun məşhur pəhrizi

Pamela Andersonun məşhur pəhrizi

Tarix: 15 Avqust 2022 16:24

Dünyanın ən seksual qadınlarından olan Pamela Anderson formada qalmaq üçün idmandan çox pəhrizə üstünlük verir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhur ulduzun həmin pəhrizini təqdim edir:

Səhərlər:
1 dilim kəpəkli çörək, az yağda hazırlanmış qayğanaq yeyib, şəkərsiz qəhvə və ya çay i,in. Üzərindən 1 stəkan su içmək məsləhətdir.

I, II və III gün:

Nahar: yağsız pendirdən hazırlanmış sendviç.
Şam: ½ tavada qızardılmış yağsız küftə, 2 ədəd alma.

IV gün:

Nahar: sosiskalı sendviç.
Şam yeməyi: 4 ədəd yağsız tavada qızardılmış küftə, 1 ədəd portağal.

V gün:

Nahar: 2 dilim kəpəkli çörək, balaca pendir və ayran.
Şam: tavada qızardılmış yağsız balıq, tərəvəzlərdən hazırlanan, üzərinə azca yağ tökülmüş salat, 1 ədəd banan.

VI gün:

Nahar: ½ kiloqram meyvə.
Şam: buxarda bişmiş balıq və salat.

VII gün:

Nahar: az yağda hazırlanan qayğanaq, 1 dilim kəpəkli çörək.
Şam: 1 boşqab yağsız makaron, 1 ədəd alma.

Pəhrizi 15 gün saxlamaq məsləhətdir.

Milli.Az


Etiketlər:  Pamela Andersonun məşhur pəhrizi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ