Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın Aİ-yə verdiyi cavaba görə, ABŞ HƏRƏKƏTƏ KEÇDİ

İranın Aİ-yə verdiyi cavaba görə, ABŞ HƏRƏKƏTƏ KEÇDİ

Tarix: 16 Avqust 2022 21:20

"Amerika Birləşmiş Ştatları Aİ vasitəsilə İranın nüvə sazişinə qayıtmaq təkliflərinə cavabını alıb".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü bildirib.

O deyib ki, hazırda ABŞ səlahiyyətliləri verilən cavabı analiz edirlər:

"Biz İranın şərhlərini Avropa İttifaqı vasitəsilə almışıq, indi onları öyrənirik, həmçinin bu məsələ ilə bağlı fikirlərimizi Aİ ilə bölüşürük", - o, jurnalistlərə deyib.

İSNA xəbər agentliyinin məlumatına görə, İran Avropa diplomatiyasının rəhbəri Cozef Borelə İranın nüvə sazişinin bərpasına dair saziş layihəsinin təklif olunan mətni ilə bağlı cavab göndərib. Cavab mətnində danışıqlarda qalan məsələlərlə bağlı da fikirlərlər əksini tapıb.


Etiketlər:  İranın verdiyi cavaba görə ABŞ HƏRƏKƏTƏ KEÇDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ