Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib

Zaqatala Dövlət Təbiət Qoruğununda  yanğın baş verib

Tarix: 16 Avqust 2022 21:26

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğın bu gün bu gün Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinindəki qoz bağında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır


Etiketlər:  Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ