Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 23:06
Estoniya xarici işlər naziri Urmas Reynsalunun sovet abidələrinin sökülməsinə etiraz edən əcnəbilərin yaşayış icazələrinin ləğv edilməsinin mümkünlüyü ilə bağlı bəyanatı birbaşa hökumət rəsmisinin təhdididir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Estoniya xarici işlər nazirinin sözlərinə diqqət çəkən Rusiya rəsmisi söyləyib:
"Estoniyada yaşayış icazəsi əsasında olan əcnəbilərdən biri sovet abidələrinin sökülməsinə etiraz etmək qərarına gəlsə, o zaman yaşayış icazəsinin ləğvi ehtimalını nəzərə almalıdır. Bu, dövlət rəsmisinin birbaşa təhdididir. Təhdid təkcə söz azadlığına, plüralizmə, tarixi həqiqətə, insan hüquq və azadlıqlarına qarşı deyil. Bu, demokratik dəyərlərlə qurulmuş Estoniya dövlətçiliyinə təhlükədir".
Zaxarova artıq Estoniyanın bu dəyərlərinin sarsıldığını iddia edib:
"Demokratiyanın fundamental prinsipləri anqlo-sakson metropoliyasının iradəsinin dirijorları olan Estoniya siyasətçiləri tərəfindən sarsıdılıb".
Qeyd edək ki, Estoniya hökuməti bundan əvvəl ölkənin bir sıra şəhərlərindəki sovet abidələrinin sökülməsi prosesinin başlamasından sonra Rusiya ilə quru sərhədlərini müvəqqəti bağlayıb.