Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 08:51
İndi Ukraynaya mümkün silah tədarükü ilə bağlı çox narahatedici vəziyyət yaranıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Yaxın Şərq və Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik Semyon Baqdasarov deyib.
Onun sözlərinə görə, amerikalılar Əfqanıstanı tərk edəndə çoxlu sayda təyyarə və helikopter əfqan ekipajları ilə birlikdə Mərkəzi Asiyanın bəzi ölkələrinə, Əfqanıstanla həmsərhəd olan keçmiş sovet respublikalarına göndərildi:
"Söhbət yüzdən çox təyyarə və helikopterdən gedir. Bunlar ABŞ-ın vaxtilə Əfqanıstan ordusu üçün Rusiyadan aldığı Mi-17 helikopterləri, tanklara və zirehli texnikalara hücum edə bilən Amerika hücum təyyarələridir. İndi isə ABŞ Müdafiə Nazirliyinin nümayəndələrindən birinin dediyi kimi, Tacikistan və Özbəkistan bu döyüş texnikalarını amerikalılara vermək istəyirlər. Onların yaxın gələcəkdə harada ola biləcəyini təxmin etmək çətin deyil. Aydındır ki, çatdırılmanın son nöqtəsi Ukraynadır. Bir daha deyirəm, bu, 100 helikopter və təyyarədir. Bizim Ukraynadakı "xüsusi hərbi əməliyyat" zonasında bu qədər helikopter və hücum təyyarəsi peyda olur. Bunu təsəvvür edirsiniz?", - Baqdasarov deyib.