Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tuba Büyüküstün: “Özümü döyürəm”

Tuba Büyüküstün: “Özümü döyürəm”

Tarix: 18 Avqust 2022 18:55

Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün diqqətçəkən açıqlamalarla gündəmə gəlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, uzun müddətdir uğurlu aktyorluq performansından danışılan aktrisa "L'Officiel Türkiye" jurnalına müsahibə verib:

"Özünlə üzləşmək özünü tanımaqdan keçir. Məncə, bu, insanın ən çətin imtahanıdır. İçimizə baxa bilmək üçün ürəyin gözlərini açmaq lazımdır. Əks halda özündən qaçmaq çox asandır. Hər zaman hər mövzuda ürəklə beyin arasında ilişib qalıram. Düşündükcə fikirlərim daha çox qarışır. Özümü döyürəm. Özünüz ola biləcəyiniz halda başqalarına görə formalaşmağa başlamaq çox təhlükəlidir".

Aktrisa deyib ki, bir əlaqənin başlanğıcı necə qeyd edilirsə, son nöqtəsi də eyni həvəslə qeyd olunmalıdır:

"İki nəfər əl-ələ verib deməlidir: "Artıq yolun sonudur". Bu müddəti qeyd edərək "bitirək" deyə bilmək çox gözəl bir şeydir. Niyə bacarmırıq, heç özüm də bilmirəm".


Etiketlər:  Tuba Büyüküstün Özümü döyürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ