Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DƏHŞƏTLİ QƏTL: toy günü arvadını döyüb öldürdü, sonra çamadana qoyub...

DƏHŞƏTLİ QƏTL: toy günü arvadını döyüb öldürdü, sonra çamadana qoyub...

Tarix: 20 Avqust 2022 23:48

İngiltərənin Halifax şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 2021-ci ilin oktyabrında 46 yaşlı kişi arvadını toy günü döyərək öldürüb, daha sonra cəsədini çamadanda evdən çıxararaq tarlaya atıb.

Qeyd olunur ki, 52 yaşlı Don Uoker və onun əri, 46 yaşlı Tomas Nutt oktyabrın 27-də evləniblər.

CCTV-nin yayımladığı kadrlardan məlum olub ki, cütlük gecə saatlarında evlərinə qayıdıblar. Bundan sonra heç kim Donu sağ görməyib. Bir neçə gün sonra əri onun meyitini çamadanda evdən çıxarıb. Cinayətkar bağçaya qayıtdıqdan sonra çantanın təkərlərindəki izləri silib və təkbaşına "bal ayı səyahətinə" çıxıb.

Bir müddət sonra Nutt polisə zəng edərək həyat yoldaşının itdiyini bildirib.

Oktyabrın 31-də ər-arvadın yaşadığı yerin yaxınlığındakı tarlada qadın meyiti tapılıb. Tibb ekspertləri müəyyən ediblər ki, qatil qurbanının üzünü və boynunu ciddi şəkildə yaralayıb, sonra onu boğub və çamadana yerləşdirib. Parçalanmış mərhumun itkin düşmüş Don Uoker olduğu müəyyən edilib.

Nuttun sevgilisi ilə niyə belə davrandığı bəlli deyil, amma məlumdur ki, mərhum toydan əvvəl polisə kişinin zorakılığı ilə üzləşdiyini deyib.

Cinayəti törədən şəxs ömürlük həbs cəzasına məhkum edilib.


Etiketlər:  DƏHŞƏTLİ QƏTL günü arvadını döyüb öldürdü sonra çamadana qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ