Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məkkə və Mədinə sulara qərq oldu: Kəbəni şiddətli yağış altında ziyarət etdilər - VİDEO - FOTO

Məkkə və Mədinə sulara qərq oldu: Kəbəni şiddətli yağış altında ziyarət etdilər - VİDEO - FOTO

Tarix: 21 Avqust 2022 00:48

Səudiyyə Ərəbistanının Mədinə şəhərində leysan yağışlar səbəbindən yolları su basıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Məkkə Mülki Müdafiə Müdirliyindən açıqlama verilib.

Qeyd olunub ki, bir çox yollar su altında qalıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Məkkədə yüzlərlə insan yağışın altında təvaf edib.

Əhaliyə qəza və ani daşqınlara qarşı tədbir görmələri və alçaq yerlərdən uzaq durmaları tövsiyə olunub.

Milli.Az


Etiketlər:  Məkkə Mədinə sulara qərq oldu Kəbəni şiddətli yağış altında ziyarət etdilər VİDEO FOTO


RƏYLƏR