Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda bazarda yanğın - VİDEO

Cəlilabadda bazarda yanğın - VİDEO

Tarix: 21 Avqust 2022 17:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.

Sonxeber.net FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.

Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.


Etiketlər:  Cəlilabadda bazarda yanğın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ