Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İvan Urqant 6 aydan sonra ilk dəfə efirdə

İvan Urqant 6 aydan sonra ilk dəfə efirdə

Tarix: 23 Avqust 2022 15:00

Məşhur rusiyalı şoumen İvan Urqant  6 aydan sonra ilk dəfə Rusiyanın Birinci Kanalının efirində görünüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Andrey Konçalovski. İllüziyaları məhv edən" sənədli filminin nümayişi çərçivəsində müsahibə verib. Həmin açıqlama kanalda nümayiş olunub.

Bu, şoumenin 6 ayda ilk efirə çıxışı olub. Rejissor Konçalovskinin 85 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişləri 2022-ci ildə Moskva, Almaniya və İtaliyada aparılıb.

Urqantdan başqa, Yuliya Vısotskaya, Nikita Mixalkov, Yeqor Konçalovski, Nadejda Mixalkova, Nikolay Burlyaev və başqaları Andrey Konçalovski haqqında danışıblar.

İvan Urqantın "Gecə şousu" 2022-ci il fevralın sonunda, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başladıqdan sonra yayımdan çıxarılıb. Buna səbəb kimi Urqantın sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxması ilə bağlı paylaşımlarına görə olduğu deyilirdi.

Urqant daha sonra Rusiyanı tərk edərək İsrailə getmiş, onun ailəsinin viza məsələlərini həll etməyə çalışması, eləcə də İsrail və ya Gürcüstanda ev almağa hazırlaşması bildirilirdi.

Milli.Az


Etiketlər:  İvan Urqant 6 aydan sonra ilk dəfə efirdə


RƏYLƏR