Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını hamının gözü qarşısında soyunmağa məcbur etdi - Səbəb təəccübləndirir

Arvadını hamının gözü qarşısında soyunmağa məcbur etdi - Səbəb təəccübləndirir

Tarix: 25 Avqust 2022 16:06

Hindistanda ərinin tələbi ilə ictimai yerdə lüt soyunub şəlalənin altında çimmək məcburiyyətində qalan qadın polisə şikayət edib.

Sonxeber.net bildirir ki, bu barədə Hindustan Times məlumat yayıb.

Zərərçəkənin əri, 38 yaşlı iş adamı arvadının oğlan övladı dünyaya gətirməsini istəyib və ona görə də onu valideynləri ilə birlikdə Hindistanın Maharaştra əyalətinin Kolhapur rayonunda bir din xadiminin yanına aparıb. O bildirib ki, qadın qara sehrin təsiri altında olduğu üçün uşaq dünyaya gətirə bilmir. Din xadimi "puja" ibadət mərasimi keçirib, sonra qadının şəlalənin altında çimməsinin lazım olduğunu bildirib.

Hadisədən sonra qadın polisə müraciət edərək, 2013-cü ildən oğlan uşağı dünyaya gətirə bilmədiyi üçün qohumlarının ona təzyiq etdiyini iddia edib. Bundan əlavə, zərərçəkmiş ərinin onun adına 7,5 milyon rupi (93 min dollar) kredit götürdüyünü, imzasını saxtalaşdırdığını, həmçinin biznesin inkişafı üçün onun qızıl-zinət əşyalarını götürdüyünü iddia edib.

Polis işi Hindistan cinayət qanununun ən azı altı maddəsi ilə qeydə alıb. Faktla bağlı araşdırma aparılır.

İrfan Vəliyev


Etiketlər:  Arvadını hamının gözü qarşısında soyunmağa məcbur etdi Səbəb təəccübləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ