Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda meşəbəyini meşədə döydülər

Oğuzda meşəbəyini meşədə döydülər

Tarix: 27 Sentyabr 2019 09:40

Bakı. Samir Əli - Trend:

Oğuzda meşə nəzarətçisi döyülüb.

Trend-in məlumatına görə, hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib.

Oğuz rayonu Calut kənd sakini Həsənov Ehtiram Vilayət oğlu meşə ərazisindən UAZ markalı avtomobillə qanunsuz qırdığı odunu apararkən meşə nəzarətçisi İsabala Xudumov onun şəklini çəkib. Bu vaxt E.Həsənov meşə nəzarətçisinə zor tətbiq etməklə onu döyüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Oğuzda meşəbəyini meşədə döydülər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ