Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 23:24
Ümumdünya Səhiyyə Təşkilatı son bir həftədə dünyada meymunçiçəyinə yoluxma hallarının 21% azaldığını bildirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, son bir həftə ərzində dünyada 5907 yoluxma halı qeydə alınıb. Bu xəstəliyə ilk yoluxma halları ötən həftə İran və İndoneziyada qeydə alınıb.
Aprelin sonundan bəri dünyanın 98 ölkəsində 45 000-dən çox meymunçiçəyinə yoluxma halı təsdiqlənib.
Son bir ayda dünyada meymuna yoluxma hallarının 98%-i Amerika (60%) və Avropa (38%) ölkələrində qeydə alınıb.