Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu binada 5 ildir qaz yoxdur - VİDEO

Bu binada 5 ildir qaz yoxdur - VİDEO

Tarix: 26 Avqust 2022 16:34

Abşeron rayonunun Xırdalan şəhərindəki "AAAF park" yaşayış kompleksinə aid yaşayış binasında qaz yoxdur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 25 ailənin məskunlaşdığı 1 saylı bina 5 ildir ki, sakinlərin istifadəsinə verilib. Elə həmin ildən bina qazla təchiz edilməyib.

"Azəriqaz" İstehsalat Birliyindən yaranmış vəziyyətlə bağlı açıqlama verilib.

Bakı regional qaz istismarı departamentinin rəisi Rauf Əhmədov bildirib ki, sözügedən binadakı problemdən məlumatlıdırlar.

"AAAF park" yaşayış kompleksindən isə bildirilib ki, sakinlərlə görüş keçirilib, onların şikayətləri dinlənib. ''Sənədləşmə prosesində ləngimə olduğuna görə bu iş yubanır. Sənədləşmə bitən kimi lazımi sənədlər aidiyyəti üzrə təqdim olunacaq'',- deyə məlumatda qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bu binada 5 ildir qaz yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ