Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günvurma

Günvurma

Tarix: 28 Avqust 2022 01:03

Yayın isti günlərində uzun müddət günəş altında qalan adamlarda bəzi patoloji hallar meydana çıxır. Belə əlamətlərlə özünü göstərən patoloji hal gunvurma adlanır. Günvurmanın əlamətləri aşağıdakılardır:
- baş ağrısı
- ürəkbulanma
- baş gicəllənmə
- bəzən qusma
- təngnəfəslik
Günvurma adətən qızmar yay aylarında günün altında duran adamlarda baş verir. Düz düşən günəş şüaları, havada elektromaqnit dalğalarının olması günvurmaya səbəb olur. Günvurmadan qorunmaq üçün yay aylarında təbii parçalardan paltar geyinmək, bol su içmək, darısqal, havasız yerlərdə durmamaq lazımdır. Günvurmadan qorunmaq üçün isti yay günlərində günorta saatlarında evdən çölə çıxmamaq lazımdır.
Ümumiyyətlə yayda çölə çıxarkən özünüzlə su götürməyi unutmayın!

Milli.Az


Etiketlər:  Günvurma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ