Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 18:12
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Ənvər Həsənovun səhhətindən xəbər var.
Sonxeber.net xəbər verir ki, sənətçinin hazırki vəziyyəti ilə bağlı olay-a qızı Aytən Həsənova açıqlama verib.
O, deyib ki, atasının bir neçə sağlamlıq problemi var:
"Bu gün səhərdən vəziyyəti dəyişib. Sabah şəhərə aparıb başını və ürəyini yoxlatdırmalıyıq. Deyirlər, əməliyyat olmalıdır. Amma mən qoymayacam. Çünki zəifdir, narkoz qəbul etmək olmaz. Hazırda qara ciyərinə soyuq olub. Bu ona qızdırma verir, heç nə yemir. Həm də ürək damarları tutulub deyə beyninə oksigen çatmır. Təzyiqi və şəkəri tez-tez dəyişir deyə çox zəifdir, ayağa dura bilmir. Mənim köməyim ilə yataqdan qalxır. Hələ ki, müayinədən sonra bunlar çıxdı. Ayın 18-dən bu yana özünü pis hiss edir. Mən başda elə bildim ki, krip olub, ona görə dərmanlar verirdim. Heç nə yemirdi, ürəyi bulanırdı, qaytarırdı, başı gicəllənirdi. Şəkəri və təzyiqi düşüb, özünü itirib, evdə yıxıldı, başı zədələndi. Təcili yardım dedi ki, artıq xəstəxanaya yerləşdirilməlidi. Dünən Mədəniyyət Nazirliyindən əlaqə saxlanıldı. Gəlmişdilər, dedilər ki, özəl xəstəxanaya aparaq. İstəmədim. Kaprizli insandır, qalmaq istəmir xəstəxanada. Hər gün deyir ki, məni evə apar".