Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır

Tarix: 27 Sentyabr 2019 13:12

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda informasiya iqtisadiyyatının qurulması prosesi Cənubi Koreyada xüsusi maraq oyadır.

Trend-in məlumatına görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin direktoru Pak Kumok İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı “Ağıllı körpü” birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.

O, Agentliyin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib və birgə layihələrin reallaşdırılmasının üstünlüklərindən danışıb.

P.Kumok, həmçinin, Azərbaycan iqtisadiyyatında investisiya sektorunun inkişafı üzrə gələcək birgə layihələrə hazır olduqlarını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ