Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusca bilməyən miqrant övladları ilə bağlı qadağa

Rusca bilməyən miqrant övladları ilə bağlı qadağa

Tarix: 30 Avqust 2022 08:20

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev rus dilini bilməyən miqrant övladlarının orta məktəblərə götürülməsinin əleyhinə çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, V.Fadeyev belə uşaqların birillik rus dili kursları keçdikdən sonra orta məktəbə götürülməsini məqsədəuyğun sayıb.

Rusiyanın Millətlərin İşləri üzrə Agentliyi isə ölkədə miqrantlar üçün adaptasiya mərkəzləri yaratmağı təklif edib. Agentliyin rəhbəri İqor Barinov Rusiya Prezidenti Vladimir Putin ilə keçirilən görüşündə belə mərkəzlərin miqrantların sosial həyatdan təcrid olunmasının qarşısını alacağını bildirib.

V.Putin təkliflə razılaşaraq miqrantların rus dilini, ölkənin tarixini, mədəniyyətini və qanunlarını bilməsinin vacibliyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusca bilməyən miqrant övladları ilə bağlı qadağa


RƏYLƏR