Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıyevdən Rıbka açıqlaması

Hacıyevdən Rıbka açıqlaması

Tarix: 27 Sentyabr 2019 15:36

Uzun müddət zədədən əziyyət çəkən “Səbail”in qapıçısı Aleksandr Rıbkanın son durumu müəyyənləşib.

Bu barədə Qol.az-a açıqlama verən komandanın baş məşqçisi Aftandil Hacıyev zədəsinin müalicəsindən sonra Bakıya dönən ukraynalı qolkiperin dünəndən komanda ilə birgə məşqlərə başladığını bildirib:

“Həm fərdi, həm də bəzən komanda ilə məşqdə iştirak edir. Çox güman ki, bir ay belə davam edəcək. Həkimlərin rəyindən sonra durumuna baxıb, qərar verəcəyik”.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə matçda zədələnən A.Rıbka müalicəsini vətəni Ukraynada davam etdirirdi.


 


Etiketlər:  Hacıyevdən Rıbka açıqlaması


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ