Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər AB bir daha ''öz ayağına atəş açırsa...'' - Moskva

Əgər AB bir daha ''öz ayağına atəş açırsa...'' - Moskva

Tarix: 31 Avqust 2022 21:54

Avropa Birliyinin Rusiya ilə asanlaşdırılmış viza rejimini dayandırmaq qərarı nəticəsiz qalmayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O qeyd edib ki, əgər AB bir daha "öz ayağına atəş açmaq" qərarı veribsə, bu, onların seçimidir:

"AB-nin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini pozması, yayınması və ya ondan çıxması nəticəsiz qalmayacaq. Tədbirlərin simmetrik, asimmetrik olub-olmayacağına özümüz qərar verəcəyik. Əgər Brüssel bir daha öz ayağına atəş açmaq qərarına gəlsə, bu, onların seçimidir".


Etiketlər:  Əgər daha ayağına atəş açırsa Moskva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ