Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçın dəhlizi bağlandı: ABŞ rəsmiləri Asryanla görüşdü - FOTO

Laçın dəhlizi bağlandı: ABŞ rəsmiləri Asryanla görüşdü - FOTO

Tarix: 1 Sentyabr 2022 08:27

Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan ABŞ-ın bu ölkədəki səfirinin müavini Çip Leytinent ilə bu gün görüşüb.

Bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ səfirliyinin hərbi attaşesi Qriqor Payps da iştirak edib.

"Amerika tərəfinin xahişi əsasında Asryan operativ vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki son proseslər, Laçın dəhlizi və Qarabağ haqda məlumat təqdim edib", - xəbərdə bildirilib.

Tərəflər həmçinin hərbi tibb, sülhməramlı və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, ötən gün saat 20:00-dan etibarən Laçın dəhlizi tam bağlanıb. Ermənilərin Xankəndiyə firiş-çıxışı isə yeni yola keçirilib.


Etiketlər:  Laçın dəhlizi bağlandı ABŞ rəsmiləri Asryanla görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ