Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 11:55
"Damla" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədovanın başına iş gəlib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçinin avqustun 23-də repçi Miro ilə oxuduqları "Asılqan" mahnısına çəkilən klipini "YouTube" kanalında izləyici kütləsi "bot"a basıb.
Bu haqda isə "Damla" sosial şəbəkə hesabında məlumat yayıb.
"Yeni mahnımıza "YouTube" kanalında vurulan "bot" şərhlər gözünüzə girsin. Bu yola da əl atdınız. Barı bu qədər ucuz olmayın", - deyə "Damla" yazıb.
Qeyd edək ki, sözügedən klip yayıma çıxdıqdan sonra 433 min dəfə izlənilib, 5200 şərh və 13 min bəyənmə toplayıb.