Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 18:46
Binəqədi rayonunda yerləşən Biləcəri qəsəbəsində narkotik vasitələrin satışına şərait yaradılması barədə iddialar irəli sürülüb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yerli sakinlərin iddiasının nə qədər həqiqəti əks etdirməsini aydınlaşdırmaq məqsədilə APA TV əməkdaşları adı çəkilən ərazidə olub.
Yerli sakinlər bildiriblər ki, ərazidə kifayət qədər narkotik istifadəçisi var.
Şükufə xanım övladının da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu deyib. O bildirib ki, oğlunu bu yoldan döndərmək üçün hər şey edib, amma bacarmayıb:
"Qızım, çoxdur nədir ki... Əllərindən bezara gəlmişik. Kimə şikayət edəsən? Bilirsiniz, gedib yalvarıram, elik, camaatıq, qonşuyuq. Dalaşıram da, inanın Allaha, yalvarıram. Deyirəm, bala, dədən-baban bu işlə məşğul olmayıb, nolar eləmə, sən pul qazanacaqsan deyə bizi niyə bədbəxt edirsən? Bu məhəllədə 15 azyaşlı oğlan böyüyür. Onların içində mənim nəvələrim də var. Hər gün namazda dua edirəm, Allaha yalvarıram ki, uşaqlar bu bəladan uzaq olsun. Birini qurban verdim... Qızım, gücüm çatmadı... Əllərimə bax... Bunları atasız, fəhləliklə böyütmüşəm... Gücüm də yetmir".