Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 22:45
Mədəaltı vəzin xərçəngi ilk mərhələlərdə simptomsuz, ağrısız keçir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkimlər yatmazdan əvvəl və yataqda qarının yuxarı hissəsi və kürəkdə ağrıların olmasının mədəaltı vəzidən ola biləcəyini bildirir.
Yuxuya gedən anda belə ağrıları hiss etmək şübhəlidir. Eləcə də gün ərzində ağrı olmur, ancaq günorta uzanıb istirahət edəndə həmin hissədə ağrı başlayıb kürəyə vurursa bu problemdən şübhələmək olar.
Mədəaltı vəz şişlərinin digər əlamətləri də üz, bədən, göz içində sarılıqdır. Amma bu artıq şiş böyüyüb, öd axarlarını tutanda olur.
Eləcə də iştahın azalması, arıqlama, qarında şişkinlik, bədəndə hərarətin tez-tez 37-ni keçməsi də əlamətlərdən ola bilər.