Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçin Baş naziri ölkədə maliyyə böhranı riski barədə xəbərdarlıq edib

İsveçin Baş naziri ölkədə maliyyə böhranı riski barədə xəbərdarlıq edib

Tarix: 4 Sentyabr 2022 15:22

Avropada artan enerji problemləri fonunda İsveç ağır maliyyə böhranı ilə üzləşmək riski daşıyır.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Krallığın Baş naziri Maqdalena Anderson jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, əgər İsveç hökuməti fəaliyyətsizliyini davam etdirsə, onda ölkə qısa müddət ərzində son bir neçə ilin ən güclü maliyyə böhranı ilə üzləşə bilər.

"Ən pis halda, biz maliyyə böhranına düşə bilərik", - o deyib.

Bundan əlavə, hökumət başçısı vurğulayıb ki, İsveç hakimiyyəti Avropa qitəsində enerji böhranı fonunda ölkənin öz təsərrüfatlarını dəstəksiz qoymayacaq.


Etiketlər:  İsveçin Baş naziri ölkədə maliyyə böhranı riski barədə xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ