Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 21:50
Arxeoloqlar Polşada 17-ci əsrdə vampirlə səhv salınan qadının qalıqlarını aşkar ediblər.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" yazıb.
Qalıqlar Polşanın şimalındakı Torun şəhəri yaxınlığındakı Pien kəndində köhnə qəbiristanlıqda aparılan arxeoloji işlər zamanı tapılıb. Mərhumun boğazı oraqla yerə basdırılıb, ayaq barmağına qıfıl asılıb. Alimlərin fikrincə, bu dəfn üsulu o dövrdə yaşayan insanların xurafatına görə istifadə edilib - onlar "vampir qadının" ölülərdən diriləcəyindən və məzardan çıxacağından qorxublar.
Arxeoloji qrupun rəhbəri, Nikolay Kopernik Universitetinin professoru Dariuş Polinski, "oraq boynuna elə qoyulmuşdu ki, mərhum ayağa qalxmaq istəsə, başı kəsiləcəkdi" deyib. O, həmçinin əlavə edib ki, barmaqdakı qıfıl canlılar dünyasına qayıtmağın qeyri-mümkün olduğunu ifadə edə bilər.
Tədqiqatçılar mərhumun başında ipək papaq olduğunu da qeyd ediblər - bu, qadının yüksək sosial statusundan xəbər verib.
İrfan Vəliyev