Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə qədər ki, canım suludur, istəyirəm ki, tamaşalarda oynayım''

''Nə qədər ki, canım suludur, istəyirəm ki, tamaşalarda oynayım''

Tarix: 5 Sentyabr 2022 21:55

"Hələ yadıma gəlmir ki, gedib Bodrumda, Antalyada istirahət edim. Vaxtım olmur, ora qaç, bura qaç artıq yay bitir. İstirahət edəndə də Azərbaycanımın dilbər guşələrinə gedirəm. Vallah buranın havasını, suyunu heç yer ilə dəyişə bilmərəm. Türkiyəyə ancaq Ankaraya, qızımın yanına gedirəm".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra qeyri-peşəkar xınayaxdı mərasimlərinə gedən həmkarlarından danışıb.

"15 ilə yaxındır ki, el şənliklərində qızlarımızın xınayaxdı mərasimlərini qızım Nigarla birlikdə idarə edirəm. Mən xınanı yaxmağa başlayandan sonra artıq hamı xına yaxır. Allah hamısının canını sağ etsin. Birinci xına mərasimini aktrisalar içərisində Toppuş ləqəbli Tünzalə xanım yaxıb. Mən yaradıcı adamam, xına sadəcə olaraq bizim dolanışıq yerimizdir. Uzun illərdir qızımla Akademik Musiqili Teatrında çalışırıq. Xına, el şənlikləri biznes tərəfimizdir. Onu da bacarırıq. Sənin gərək şeir demək, mahnı oxumaq, aparıcılıq qabiliyyətin olsun. Bu dəqiqə xına mərasimlərinə elə aktrisalar gedir ki, iki kəlməni düzgün deyə bilmirlər. Biz əgər bunu bacarırıqsa şükür. Nə qədər ki, canım suludur, gözüm görür istəyirəm ki, teatrda tamaşalarda oynayım" deyə aktrisa bildirib.

Aktrisa daha sonra həyatda çəkdiyi çətinliklərdən danışıb.

"Özümdən çox problemli insan, qadın tanımıram. Amma sənətin, səhnənin buna qətiyyən aidiyyatı yoxdur. Onu biruzə vermək lazım deyil. Heç vaxt problemimi kiməsə bildirməmişəm, hamı elə məni gülərüz Fatma kimi tanıyıb. O çətinlikləri elə indi də çəkirəm" deyə sənətkar bildiri.

Fatma Mahmudova daha sonra qızlarının istedadından danışıb.

"Nigar artıq illərdir ki, mənimlə birlikdə həm toylara gedir, həm teatrda çalışır, həm seriallara çəkilir. Çox istedadlı, əsl komediya aktrisasıdır. Böyük qızım İntizarın da vokal səsi var. Hətta böyük sənətkarımız Xuraman Qasımova ona demişdi ki, "İntizar, adam belə səsi gizlətməz, bu sənin sərvətindir, oxu". İntizar da bir neçə mahnı hazırlayıb" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  qədər canım suludur istəyirəm tamaşalarda oynayım


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ