Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 10:32
"Sonuncu rəqibimiz qruplara düşmək istəyən, böyük və zəngin komanda olan "Qarabağ" idi".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Con Moskera "GolCaracol" nəşrinə müsahibəsində deyib.
32 yaşlı yarımmüdafiəçi pley-off mərhələsinin ilk oyununda Bakıda "köhlən atlar"la qolsuz heç-heçə etdiklərini xatırladıb.
Kolumbiyalı oyunçu 2:1 hesabı ilə qalib gəldikləri cavab maçtında isə məhsuldar ötürmə ilə yadda qaldığını və bununla da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandıqlarını söyləyib: "Mən düşünürdüm ki, çempion olduğumuz üçün iki tur oynayacağıq. Amma 3 turun olduğunu söylədilər. İlk rəqibimiz Finlandiya HİK-i idi. Onlar süni örtükdə çıxış edirlər və ora bərbad idi. Daha sonra Moldova "Şerif"i ilə üz-üzə gəldik. Çətin idi. Cavab matçında da qol vurmuşdum".
Moskera hər 3 rəqibi üstələməyin asan olmadığını vurğulayıb: "Həqiqət bundadır ki, inamınız varsa, bu 3 klubun böyüklüyünü bilirsinizsə, hər şey mümkündür. Biz də onlarla rəqabətə girmək və bundan zövq almağa çalışırdıq. Amma xoşbəxtik. Bizimlə eyni qrupa düşən rəqibləri gördükdə gülərək, ilk növbədə, gülərək, "bu nədir?" söyləyirik. Biz "ölüm qrupu"nda olsaq da, bundan zövq almaq istəyirik. Belə komandalarla rəqabət aparmağa çalışacağıq".
Qeyd edək ki, "Viktoriya" C qrupunda İspaniyanın "Barselona", Almaniyanın "Bavariya" və İtaliyanın "İnter" klubları ilə üz-üzə gələcək.