Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 17:36
Los-Ancelesdə ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden haqqında çəkilən filmin qapalı nümayişi keçirilib.
"Mənim oğlum - Hunter" ("My son Hunter") adlı filmdə əsas diqqət Baydenləri təqib edən korrupsiyanın ifşasına yönəlib. Bildirildiyinə görə, film tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ssenari müəllifi Brayan Qodava da bildirib ki, filmdə "real hadisələrdən və ya mediada yayılan sənədlərdən, stenoqramlardan və ya elektron məktublardan götürülmüş dialoqlardan istifadə edilib".
Filmin onlayn premyerası sentyabrın 7-də baş tutacaq.