Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 14:26
İsrail alimləri pandemiyanın mənbəyinin heyvanlar olduğuna dair heç bir dəlil tapmayıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Təl-Əviv Universiteti alimlərinin apardığı araşdırmanın nəticələrindən belə nəticə çıxır ki, koronavirus yarasalardan yaranmayıb.
"Hərtərəfli araşdırmamız yarasaların COVID-19 epidemiyasının mənbəyi olması ehtimalına dair ciddi şübhələr yaradır", - deyə tədqiqat rəhbəri doktor Mariya Vaynberq bildirib.
Mütəxəssislərin fikrincə, yarasaların effektiv immun sistemi var. Bu, onlara digər məməlilər üçün ölümcül olan viruslara qarşı asanlıqla mübarizə aparmağa imkan verir. Həmçinin məlum olub ki, 48 faiz hallarda yarasaların koronavirusun daşıyıcısı olması iddiası heyvanlarda virusun deyil, yalnız antitellərin aşkarlanmasına əsaslanıb.