Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda diş çıxarmağın əsas əlamətləri

Uşaqlarda diş çıxarmağın əsas əlamətləri

Tarix: 8 Sentyabr 2022 08:03

Diş çıxarma dövü həm valideynlərin, həm də körpələrin ən sıxıntılı zamanlarındandır.

6 ayından başlayan diş çıxarma dövrü mərhələlərlə davam edir.

İmmunitet.az xəbər verir ki, türkiyəli pediatr Hilal Mocan uşaqlarda diş çıxarma dövründə körpələrin yaşadığı çətinlikdən danışıb:

"Ağız suyu - bəzi körpələr 2-3 aydan başlayaraq ağız suyu axıtmağa başlayırlar. Diş çıxarmağa başladığı zaman isə daha çox axmağa başlayır.

Ağrı - diş çıxaran zaman körpə əli ilə diş ətinə basdığı üçün bəzən iltihablanma görünə bilər. Ən çox ağrı yaradan azı dişlərdir.

Narahatçılıq - ağrının artması ilə uşaq narahat olmağa başlayır. Bu, onların çətin ağrılı dövrüdür.

Çənə nahiyəsində qızarıqlıq - bəzən qızarıqlıq və çatlaqlar meydana gələ bilər.

Öskürək - ağız suyu artdığı üçün bu hal onlarda tıxanma yarada bilər. Baxışları öz üzərinə çəkmək üçün də bu halı davam etdirə bilər.

Qızdırma - bəzi uşaqlarda görülə bilər, bəzilərində isə yox. Yüksək qızdırma zamanı həkimə getmək vacibdir. Belə vəziyyətlərdə dərmanlardan istifadə etmək gərəklidir. Adətən həkimlər bu dövrdə qızdırmanın 38-ə qədər olduğunu bildirirlər. Amma təcrübələr sübut edib ki, diş çıxararkən qızdırma 39-a qədər qalxa bilər. Bu səbəbdən bu dövrdə ehtiyyatlı olmaqda fayda var.

İshal -Bu müddətdə görülə bilər. Ancaq bir neçə gündən artıq davam edirsə başqa problemin də xəbərçisi ola bilər".

Qeyd edək ki, qulaq qaşıma, iştahsızlıq, yuxusuzluq da diş çıxarmanın əsas əlamətləri sırasında yer alır.


Etiketlər:  Uşaqlarda diş çıxarmağın əsas əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ