Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 12:32
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 9-da 95,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,8 dollar/barel çoxdur.
Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,79 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,63 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 90,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,87 dollar/barel çoxdur.