Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna hərbçiləri İzyumda ölkə bayrağını ucaldıblar - FOTO

Ukrayna hərbçiləri İzyumda ölkə bayrağını ucaldıblar - FOTO

Tarix: 11 Sentyabr 2022 23:45

Ukrayna silahlı qüvvələrinin əsgərləri İzyum şəhərinin (Xarkov vilayəti) mərkəzinə nəzarət edir və artıq şəhər şurasının binası üzərində ölkə bayrağını qaldırıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, zabit Anatoli Ştefan sosial şəbəkələrdə İzyum şəhər şurasının yanan binasının əks olunduğu video yayıb. Vidoda görünür ki, binanın damında Ukrayna bayrağı ilə Silahlı Qüvvələrinin əsgərləri dayanıb.

Xatırladaq ki, bir neçə gündür Rusiyanın teleqram kanallarında bu ölkənin qoşunlarının İzyumdan çıxarılması ilə bağlı məlumatlar yayılıb, lakin rəsmi mənbələr hələlik şəhərin işğaldan azad olunduğunu təsdiqləməyib.

Milli.Az


Etiketlər:  Ukrayna hərbçiləri İzyumda ölkə bayrağını ucaldıblar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ