Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moldova prezidenti parlament müxalifəti ilə dialoqu istisna edib

Moldova prezidenti parlament müxalifəti ilə dialoqu istisna edib

Tarix: 13 Sentyabr 2022 08:51

Moldova Prezidenti Maya Sandu Natalya Qavrilitsa hökumətinin istefasını, həmçinin parlament müxalifəti ilə dialoqu istisna edib, bu partiyaları korrupsiyaya uğramış adlandırıb.

"Ölkənin xeyrinə işləmək istəyən, korrupsioner klanları təmsil etməyən partiyalarla danışacağıq. Parlament müxalifətində belə partiyalar yoxdur" - deyə, o bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, o qeyd edib ki, prezident və hökuməti formalaşdıran avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası yalnız Rusiyanın Ukraynadakı hərəkətlərini açıq şəkildə pisləyən siyasətçilərlə əməkdaşlıq edəcək.

"Hamı müharibənin əleyhinə olmalıdır, müzakirə olmamalıdır. Hökumətin istefası nəzərdə tutulmayıb, vəziyyətin öhdəsindən gəlir".

Milli.Az


Etiketlər:  Moldova prezidenti parlament müxalifəti ilə dialoqu istisna edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ