Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaralı erməni əsgərə yardım edən hərbçimiz bu tanınmış şəxsin qardaşı oğludur - VİDEO

Yaralı erməni əsgərə yardım edən hərbçimiz bu tanınmış şəxsin qardaşı oğludur - VİDEO

Tarix: 13 Sentyabr 2022 19:20

Xəbər verdiyimiz kimi ötən gecə  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Baş verən atışmada erməni əsgəri güllə yarası alıb. Azərbaycan əsgərləri isə ona ilkin tibbi yardım göstərir, yarasını bağlayır və ağrıkəsici vururlar.

Sonxeber.net bildirir ki, manset.az-ın məlumatına görə, həmin videoda humanistlik göstərən əsgərlərdən biri "Yeni Müsavat" qəzetinin şef redaktoru Xalid Kazımlının qardaşı oğludur.  Jurnalistin özü bu barədə məlumat verib:

"Bu videoda yaralı erməni əsgərinə yardım edənlərdən biri qardaşım oğludur. "Məndə var, məndə var" deyən. XTQ-çidir. Özü də o, xidmətə hərbi komissarlıqla iki il döyüşəndən sonra getdi. Aparmırdılar. Ağırlıq qaldırma atletidir. Özünü zora salmışdı, deyirdilər, ürəyində problem var. Dalaşa-dalaşa getdi, dedi, elə kişilik yoxdur. Ön cəbhəyə göndərilməsini özünün xahiş etdiyinə əminəm. Allah bütün əsgərlərimizi qorusun, içində də mənim qardaşımın balasını ..."


Etiketlər:  Yaralı erməni əsgərə yardım edən hərbçimiz tanınmış şəxsin qardaşı oğludur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ