Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki gün hava şarında qaldı

İki gün hava şarında qaldı

Tarix: 13 Sentyabr 2022 20:46

Çinin şimal-şərqindəki Heylunszyan əyalətində Hu adlı şəxs iki gün hava şarından düşə bilməyib.

Sonxeber.net bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Hadisə bazar günü, sentyabrın 4-də baş verib. Hu və dostu şam qozunu toplamaq üçün şardan istifadə edib. Birdən şarın ipi qırılıb və o yuxarı qalxmağa başlayıb. Dostu yerə tullanmağı bacarıb, Hu isə səbətdə qalıb.

Növbəti gün xilasedicilər Hu ilə mobil telefon vasitəsilə əlaqə saxlaya biliblər. Ona şarın havasını yavaş-yavaş buraxmağı və təhlükəsiz yerə enməyi tapşırıblar.

Kişi yerə enməyi bacarana qədər bir gün də keçib. Bu müddət ərzində şar təxminən 320 kilometr məsafə qət edib. O, Çinin Rusiya ilə sərhədi yaxınlığındakı Fançjen vilayətində enib.

Hu xəsarət almayıb və yalnız bel ağrısından şikayətlənib. Ehtimal var ki, bu onun havada ayaq üstə durması ilə əlaqədardır. O, xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

İrfan Vəliyev


Etiketlər:  İki gün hava şarında qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ