Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 03:03
Abses - toxumanın məhdud səviyyəsində irini toplanması deməkdir.
Dis absesı yuxarı çənənin xarici və ya daxili alveol çıxıntısında və ya aşağı çənənin alveol hissəsində irinin toplanması ilə müşayiət olunan infeksion prosesdir.
Diş absesinin 3 növü var:
-Diş əti absesi - ancaq diş ətini əahatə edir.
-Peridontal abses parodontal cibdə olur, diş kökünə doğru inkişaf edir.
-Periapikal abses - dişdə, pulpada yaranır.
Səbəbləri:
Səbəbləri bakteriyalardır. Onların dərialtına keçməsi, dişi yoluxdurur. Nəticədə irinləmə baş verir. Əgər irin xaricə çıxa bilmirsə flyus yaranır. Bakteriyaların dişin daxilinə keçnəsinə səbəb aşağıdakılardır:
-diş xəstəlikləri (məs. karies)
-mexaniki travmalar nəticəsində dişin qırılması
-infeksion xəstəliklərdə infeksiyyanın qan dövranı ilə daxil olması ( angina, qrip və s.)
- ağız boşluğunun dərisi və ya selikli qişanın zədələnmələri
-inyeksiyalardan sonra (stomatoloji proseduralar) infeksiyanın daxil olması
Simptomları:
-davam edən kəskin, güclü ağrı
-dişə toxunduqda, çeynəmə zamanı ağrı
-temperatura qarşı həssaslıq (isti və soyuq)
-ağızda acılıq hissiyyatı
-ümumi zəiflik
-yuxunun, iştahanın pozulması
-temperaturun qalxması
-ağızdan pis qoxunun gəlməsi
-boyun limfa düyünlərinin böyüməsi
-diş ətinin şişkinliyi və qızarması
-diş ətində açıq yaraların və irinli ifrazatın yaranması
Müalicəsi:
Müalicə stomatoloq tərəfindən aparılir. Ən müasir metod aşağı intensivlikli lazerlə absesin açılması və onun drenajı aparılır. Müalicədə xəstəyə antibiotiklər təyin edilir, sonra isə həkim su-duz məhlulları ilə qarqaralar və analgetiklər təyn edir.
Profilaktika:
Profilaktikada ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır.