Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 08:44
Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 77-ci sessiyasının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik", - Quterreş vurğulayıb.
Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir.