Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 09:00
Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Roma Papası Fransisk iki ölkə arasında fikir mübadiləsi üçün dua etməyə davam etmək lazımdır.
"Mən öyrəndim ki, Qafqaz regionunda - Ermənistan və Azərbaycan arasında vəziyyətin gərginləşməsi fonunda yeni gərginlik ocaqları yaranıb. Gəlin dua etməyə davam edək ki, dinc fikir mübadiləsi və razılıq bu ərazilərdə qalib gəlsin", - deyə Papası Fransisk bildirib.
Papanın sözlərinə görə, münaqişələrin həlli yolu yalnız dialoqdan keçir. O, həmçinin beynəlxalq ictimaiyyətin sülh yaratmağı öyrənməli olduğunu vurğulayıb və sülh və birlik elçiləri olan hər kəsə təşəkkür edib.