Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meymunçiçəyinin yeni fəsadları açıqlandı

Meymunçiçəyinin yeni fəsadları açıqlandı

Tarix: 21 Sentyabr 2022 21:00

Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, alimlərin tapıntıları "JAMA Neurology" jurnalında dərc olunub.

"Afrika, ABŞ və Avropada xəstələr üzərində aparılan müşahidələr göstərir ki, meymunçiçəyi virusu xəstələrdə kifayət qədər tez-tez depressiya, nevropatik ağrılar yaradır. Bəzi hallarda ensefalit, qıcolma və meningitə bənzər simptomlar əmələ gətirir. Bu, beyindəki dəyişiklikləri izləmək zərurətindən xəbər verir", - tədqiqatda vurğulanıb.

ÜST statistikasına görə, sentyabrın əvvəlində yoluxma hallarının ümumi sayı 53 mini keçib. 18 nəfər xəstəlikdən dünyasını dəyişib.


Etiketlər:  Meymunçiçəyinin yeni fəsadları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ