Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 12:58
2019-cu ildə transfer edildiyi "Kardiff" klubu ilə anlaşmaq üçün yola çıxdığı təyyarə qəzasında ölən argentinalı futbolçu Emiliano Salanın sos səs yazısı yayılıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, səs yazısının BBC yayıb. Belə ki, 28 yaşlı futbolçu səsdə təyyarənin xarab olmasını və çox qorxduğunu dilə gətirir: "Təyyarə sanki xarab olur. Mənə zəng etsəniz, kimsə mənə yığacaqmı bilmirəm, tapa bilməyəcəksiz məni. Çox qorxuram", - o deyib.
Həmçinin pilot Devid İbbotsonun da hadisədən bir gün öncəki səs yazısı yayılıb. Pilot havanın təhlükəli olmasına baxmayaraq uçuş edəcəyini deyir: "Təhlükəli havada onu gətirməyi mənə etibar etdilər. Normalda xilasedici jiletim oturacaqların arasında olur, amma sabah mütləq geyinəcəm", - deyə o danışığında qeyd edib.
Qeyd edək ki, 2019-cu ilin yanvarın 19-da Fransa "Nant"ından İngiltərə "Kardiff"inə keçən futbolçunu aparan təyyarə yanvarın 22-də itib. E.Salanın meyiti fevralın 3-də La-Manş boğazında tapılıb.
Futbolçunun atası Orasio Sala da oğlunun ölümündən 3 ay sonra vəfat edib.