Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 23:27
"Qarabağ demokratiya mahnıları ilə təslim edildi, Ermənistan isə sülh haqqında mahnılara təslim edilir".
Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan bu gün "Daimi müharibə" mövzusunda müzakirə zamanı bildirib.
O bildirib ki, 2018-2020-ci illər ərzində Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazda daha az təmsil olunması üçün hər şeyi edib.
"2020-ci ilə qədər regionda yaranmış bu geosiyasi boşluğu Türkiyə doldurdu və bəli, Nikol Paşinyan öz axmaq siyasəti ilə Türkiyəni Cənubi Qafqaza, Qarabağa dəvət etdi və bu acı həqiqətdir", - deyə Aşotyan bildirib.
Onun sözlərinə görə, yalançı demokratiya haqqında qışqıran Nikol Paşinyan Qarabağı təslim edib.
"Qarabağ demokratiya haqqında mahnılara təslim oldu, 2020-ci ildən sonra isə Ermənistan sülh haqqında mahnılara təslim edilir", - o deyib.