Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küçə həyatı yaşayan insan acı taleyini danışdı - Onun başına gələnlər... - VİDEO

Küçə həyatı yaşayan insan acı taleyini danışdı - Onun başına gələnlər... - VİDEO

Tarix: 27 Sentyabr 2022 05:24

1 ildən artıq vaxtdır başına gələn hadisə nəticəsində ayağı sınan Natiq kimsəsizdir. Avtomobil qəzasından sonra ayağı əməliyyat olunub. Əməliyyat xərclərini də onu küçədən tanıyan insanlar qarşılayıb. Yaxınlıqda yaşayanlar onun  2 ilə yaxındır küçələrdə yaşadığını bildirir. Ayağı sağalanadək müvəqqəti sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyindən bildirildi ki, əməkdaşları Natiqin yanına gedib vəziyyəti ilə maraqlanacaqlar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,həm kimsəsizdir, həm də evsiz...

35 yaşlı Natiq Abdullayev başına gələn bədbəxt hadisə səbəbindən hazırda küçələrdə yaşayır. Həm də ayağı sınıq halda. Deyir ki, bir neçə il əvvəl onu avtomobil vurub və maşının sürücüsü onu xəstəxanaya aparsa da, heç bir köməklik etməyib. Xəstəxana xərclərini isə onu küçələrdən tanıyan insanlar qarşılayıblar.

Dediyinə görə, əməliyyat zamanı ayağını 2 sm qısaldıblar. Hazırda ayağı bağlı olsa da, həkimlər onun ilin sonunadək sağalacağını deyiblər.

Ətrafda yaşayanlar da Natiqin uzun zamandır küçələrdə yaşadığını təsdiqləyirlər.

Sosial Xidmətlər Agentliyindən bildirildi ki, Natiq Abdullayevin vəziyyətini qiymətləndirmək üçün onun olduğu əraziyə əməkdaşlar göndəriləcək. Daha sonra onunla bağlı müvafiq tədbir görüləcək.

Milli.Az


Etiketlər:  Küçə həyatı yaşayan insan acı taleyini danışdı Onun başına gələnlər VİDEO


RƏYLƏR