Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda etirazçılar dövlət binalarını yandırır - VİDEO

İranda etirazçılar dövlət binalarını yandırır - VİDEO

Tarix: 28 Sentyabr 2022 13:06

Çabahar şəhərində qəzəbli əhali polis komandirinin etnik bəluç qıza təcavüz etməsinə və "Əxlaq" polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsinə etiraz olaraq valilik binasına od vurublar. 

Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb.

Etirazlar sentyabrın 27-də keçirilib. Ümummilli etirazların 12-ci günündə axşam saatlarında çabaharlılar nümayişlərə başlayıblar. Narazılar daha sonra yol polisinin köşkünü yandırıb, habelə "Ticarət Bank"ının şüşələrini sındırıblar.

Qəzəbli kütlə valilik binasının önünə toplaşaraq öncə binanı daşa tutub, sonra yandırıb. Polis və xüsusi təyinatlı qüvvələr birbaşa insanlara atəş açaraq bir neçə nəfəri öldürüb və yaralayıb. Yaralıların və ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.


Etiketlər:  İranda etirazçılar dövlət binalarını yandırır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ