Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 13:08
Finlandiya sabah gecə saat 00.00-dan etibarən Rusiyadan turistlər üçün sərhədləri bağlayır.
Sonxeber.net xəbər verir ki, məlumatı TASS yayıb.
Qeyd edək ki, Rusiya vətəndaşlarının istənilən Şengen vizası ilə Finalnadiyaya turizm məqsədilə daxil olmasına qadağa qoyulacaq. Polşa, Litva, Latviya və Estoniya hökumətləri oxşar qərarı bir müddət əvvəl qəbul ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Finlandiya Prezidenti Sauli Niinistö bu addımı "prinsipial qərar" adlandırmışdı. Ölkənin xarici işlər naziri Pekka Haavisto Rusiya vətəndaşlarının Finlandiyaya yalnız işləmək, təhsil almaq və qohumlarını ziyarət etmək məqsədilə buraxılacağını bildirmişdi.