Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni zərərçəkənə 300 min dollar ödəyəcək

Müğənni zərərçəkənə 300 min dollar ödəyəcək

Tarix: 30 Sentyabr 2022 21:48

Məhkəmə amerikalı müğənni R Kellini (əsl adı - Robert Silvestr Kelli) qurbanlarından birinə 309 min dollar təzminat ödəməyə məcbur edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, pulun herpesin müalicəsi və psixoterapiya xərclərinin ödənilməsinə yönəldiləcəyi bildirilib.

Zərərçəkənin sözlərinə görə, R Kelli görüşlərinin birində qurbanını zöhrəvi xəstəliyə yoluxdurub.

Həmçinin vurğulanıb ki, məhkəmə Kellini cinayətinin digər qurbanına on minlərlə dollar ödəməyə məcbur edə bilər.

Qeyd edək ki, iyun ayında Kelli insan alverinə görə 30 il həbs cəzasına məhkum edilib. Andçılar heyəti 55 yaşlı ifaçını uşaq pornoqrafiyası yaratmaqda və yetkinlik yaşına çatmayanları cinsi istismar etməkdə təqsirli bilib.

Xatırladaq ki, R Kelli üç dəfə Qremmi mükafatına layiq görülmüş musiqiçidir. Onun diskoqrafiyasına 14 studiya albomu daxildir. Müğənni 1995-ci ildəki "I Believe I Can Fly" mahnısından sonra geniş populyarlıq qazanıb.

Milli.Az


Etiketlər:  Müğənni zərərçəkənə 300 min dollar ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ