Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 08:34
Piratlar Meksika prezidenti Andres Manuel Lopez Obradorun səhhəti barədə məlumatları ələ keçiriblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Meksika hökumətinin gündəlik məlumatında bildirilib.
Hökumətdən bildirilib ki, kiberhücum nəticəsində orduya aid məxfi sənədlər ələ keçirilib. Bunlar arasında prezidentin hərbi hospitalda müalicə alması barədə gizli məlumatlar da yer alır.
"Həqiqətən kiberhücum olub. Fayllar müasir vasitələrlə götürülüb. Bildiyim qədəri oxşar hadisələr Çili və Kolumbiyada da baş verib. Düşünürəm ki, bu, xaricdən idarə olunur" - deyə 68 yaşlı prezident bildirib.
Ələ keçirilən sənədlərdə dövlət başçısının kardioloji problemlərə görə təcili qaydada hərbi hospitala yerləşdirildiyi qeyd edilir.