Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 17:48
Azərbaycan Respublikası xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələrlə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, "Ukraynada cərəyan edən son hadisələr və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı nə deyə bilərsiniz?" sualına L.Abdullayeva belə cavab verib:
"Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".