Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Mask “Twitter”i almaq üçün yeni təklif göndərdi

İlon Mask “Twitter”i almaq üçün yeni təklif göndərdi

Tarix: 5 Oktyabr 2022 14:20

Amerikalı sahibkar İlon Mask "Twitter"in hər bir səhmi üçün 54,20 dollar olmaqla, şirkəti satın almaq məqsədilə yeni təkliflə çıxış edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, təklif şirkətə məktub şəklində göndərilib.

Digər təfərrüatlar açıqlanmayb.

Nyu-York Fond Birjasının məlumatlarına görə, "Twitter"in səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb. Axşam saatlarında bir səhmin qiyməti 47,93 dollar təşkil edib.

Qeyd edək ki, aprel ayında "Twitter" rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini bildirmişdilər.


Etiketlər:  İlon Mask Twitteri almaq üçün yeni təklif göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ